Ru
10:10 / 16 Oktyabr 2025

Paşinyan Ağrı dağına görə məhkəməyə verildi

Paşinyan Ağrı dağına görə məhkəməyə verildi
Eye

“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan Nikol Paşinyan hökumətini məhkəməyə verib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki,siyasətçi məhkəmədən Ermənistan hökumətinin sərhəd möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasına dair 11 sentyabr 2025-ci il tarixli qərarının etibarsız sayılmasını tələb edib.

Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Ağrı Türkiyənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. İddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar