Ru
11:04 / 16 Oktyabr 2025

Bu ölkələr Qəzzaya sabitlik qüvvələri göndərəсək - Biri Azərbaycandır

Bu ölkələr Qəzzaya sabitlik qüvvələri göndərəсək - Biri Azərbaycandır
Eye

Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən “Politico” yayıb.

Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.

Məlumata görə, hazırda sabitlik qüvvələrinin tərkibi ilə bağlı danışıqlar davam etdirilsə də, heç bir ölkə üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, Azərbaycan, İndoneziya və Pakistanın məsələyə ən çox maraq göstərən ölkələr olduğu vurğulanıb.

Bu qüvvələrin yerləşdirilməsi üçün isə aylar tələb olunacağı qeyd edilib.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün bərqərar olmasına dair 20 maddəlik sülh planında bildirilir ki, bu ölkə müvəqqəti sabitlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı ərəb və digər tərəfdaşlarla əməkdaşlıq edəcək. Həmin qüvvələr isə Fələstinin polis dəstələrinə təlim keçəcək. Bununla yanaşı, Qəzzada ABŞ qoşunlarının olmayacağı vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar