Ru
13:04 / 16 Oktyabr 2025

Xalq şairindən ÜSYAN: Oxuya bilməyən müğənniyə bir saat, mənə 10 dəqiqə...

Xalq şairindən ÜSYAN: Oxuya bilməyən müğənniyə bir saat, mənə 10 dəqiqə...
Eye

"Mənim şeirlərimi özümdən yaxşı səsləndirən yoxdur. Çoxu şikayət edir ki, verilişlərə çıxmırsız, şeirlər səsləndirmirsiz. Verilişləri görün, nə günə qoyublar? Hansı verilişə gedim? Elə bil təlxək yığınağıdır. Mən şou proqramlara ümumiyyətlə getmirəm. 20-30 nəfəri fit çalmaq üçün studiyaya yığıblar. Durub gedim mənə də fit çalsınlar? Mən fitə basılmalı insanam? Mən efirə çıxıb ancaq mədəniyyətdən danışa bilərəm".

Bakupost.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib.

"Azərbaycanda aparıcıların 90 faizi saqqal saxlayır. Elə bil erməni katalikosunun məktəbində oxuyurlar. Belə şey olar? Efirə çıxırsan, mədəniyyət sərgiləyirsən. Geyimləri bir yana qalsın, özlərini apara bilmirlər. Adam efirə baxanda iyrənir. Niyə bir ölçü götürmürlər? Belə efir olar? Zəng edib verilişə dəvət edirlər. Soruşuram ki, neçə dəqiqə çıxış edəcəm? Deyirlər ki, 10 dəqiqə. Deyirəm ki, mənim 80 yaşım var, oxuya bilməyən, kompüterlə səsini düzəldən müğənninin çıxışına bir saat vaxt verirlər, xalq şairini isə 10 dəqiqə üçün efirə çağırırlar. Belə olmaz axı! Efiri döndəriblər hırraxanaya. Cinayət məsələlərini də efirə çıxarıblar. Biri qaynanasına söyür, biri qaynatasına ağzına gələni deyir. Bir-birlərini təhqir edirlər, səsi də bağlayırlar ki, millət eşitməsin. Ayıb deyil? Bu gün bizim kanallar Azərbaycan xalqını geridəqalmış, mədəniyyətsiz, səviyyəsiz kimi tanıtdırır", - deyə şair bildirib.

Xalq şairi noyabrın 23-də 80 yaşının tamam olacağını bildirib:

"Dövlətim mənə cənab prezidentimizin imzası ilə "Xalq şairi" adını verib. Bir şair üçün bundan böyük ad ola bilməz! Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin yəqin ki, müraciətləri olacaq. Yoldaşlar kömək etdi, 500 səhifədən ibarət kitabım çapa getdi. Arzum budur ki, bütün yaradıcılığımı çap edim, ondan sonra həyatdan gedim. Əzraillə müqavilə bağlamamışam, birdə gördün, gəldi ki, "əmioğlu, getdik" (gülür). Lazım olacaqsa gedəcəm. Bir şeirimdə demişəm ki, "gedəcəyəm, göylər məni çağırır". Amma hələ ki, Yerdə gəzirəm", - deyə o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar