Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhi Hacızadənin videosu yayılıb.
Bakupost.az xəbər verir ki, 32 yaşlı Səbuhi videoda cinayəti qısqanclıq zəminində törətdiyini, bıçaqda olan qanı göstərərək həmçinin özünə də qəsd edə biləcəyini bildirib. O, həbsdən qorxmadığını, amma yaşamaq istəmədiyini söyləyib:
"İnşallah, ölmüsən! İndi növbə öz canımı verməkdədir".
Hadisədən sonra Səbuhinin yeri hələ müəyyən edilməyib. Videodakı şiddət səhnələri göstərilmir.
Qeyd edək ki, Səbuhi Hacızadə ötən gün Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, onların 3 azyaşlı oğlu var.