Müğənni Aynur Dadaşova həmkarı Niyam Salami ilə küsmələrinin səbəbini açıqlayıb.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Uğurlu gün" proqramında danışıb.
O bildirib ki, aralarındakı mübahisəyə səbəb pul olub:
"Niyam məni konsertə dəvət etdi. Əgər sən əsl dostsansa, qadına dəstək ol. Qadına daha çox qonorar verməlisən. Gündə pul qazanan birinə çox qonorar ayrılır. Biz xanımıq deyə yox? Biz qadın 5 manat qazananda nə olar? O boyda ailə yükü varımdı... Bəy artıq dəyər versə nə olar?
Dostumun yanında olacağam, amma qiymət görmək istəyirəm. Sən kişisən, sənə dəyər vermişəm. Amma səndən də onu gözləyirəm axı".