20 Sentyabr – “Neftçilər Günü” peşə bayramı münasibətilə neft və qaz sənayesinin inkişafına verdikləri töhfələrə görə “Azəriqaz” İstehsalat Birliyinin bir sıra əməkdaşı SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanı ilə təltif edilib.
Bu münasibətlə Birliyin İdarəetmə Aparatında təltif olunan əməkdaşlarla görüş keçirilib.
Görüş zamanı Birliyin baş direktoru Azər Məmmədov SOCAR rəhbərliyinin diqqət və qayğısını yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində 9 əməkdaşa “Fəxri neftçi” döş nişanı, 20 əməkdaşa isə Fəxri Fərman təqdim olunub.