Ru
17:55 / 16 Oktyabr 2025

Pikassonun tablosu oğurlandı

Pikassonun tablosu oğurlandı
Eye

İspaniyanın hüquq-mühafizə orqanları ispan rəssamı Pablo Pikassonun rəsminin daşınma zamanı yoxa çıxmasını araşdırır.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "Europa Press" nəşri məlumat dərc edib.


Bildirilir ki, müxtəlif rəssamların 57 əsəri Madriddən İspaniyanın cənubundakı Qranada şəhərindəki mədəniyyət mərkəzinə aparılırmış. Ciddi nəzarət şərtlərinə baxmayaraq, Pablo Pikassonun tablosu daşınma zamanı yoxa çıxıb. Rəsmin hansı mərhələdə itirildiyi hələlik məlum deyil və İspaniya Milli Polisi hadisəni araşdırır. Məlumata görə, sözügedən rəsm təxminən 600 min avroya sığortalanmış “Gitara ilə natürmort”dur (1921).

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar