"Bunlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Bu da xaricdə idi, gəlib hədələyib. İnamazdım ki, belə bir hadisə baş verə bilər"
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə əri tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə bildirib. Onun sözlərinə görə, kürəkəni qızını xəyanətdə ittiham edirmiş.
"Xəbər verdilər ki, belə bir hadisə olub. Evimə gəlib bıçaqlayıb qaçıb. Mənim həyatımı söndürdü. Qızım üç ay idi bizimlə qalırdı. Ər evinə getmirdi. Danışmırdılar. Qızımı götürüb qaçmışdı. Əvvəllər yaxşı idi. Sonra oyun qurdular, qatıb-qarışdırdılar. Kimsə bunun beynini doldururdu. Qızıma deyirdi ki, sən guya pis yoldasan".
Qeyd edək ki, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni bıçaqla qətlə yetirib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.