Ru
20:30 / 16 Oktyabr 2025

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı
Eye

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.

Bakupost.az report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiqləmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar