Ru
22:02 / 16 Oktyabr 2025

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib
Eye

Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:

"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar