Ru
23:20 / 16 Oktyabr 2025

Paşinyan erməni kilsəsini dağıtmağa cəhddə ittiham olunur

Paşinyan erməni kilsəsini dağıtmağa cəhddə ittiham olunur
Eye

Ermənistanın mənəvi mərkəzi olan Müqəddəs Eçmiədzinin Ana taxtı Baş nazir Nikol Paşinyanı erməni kilsəsini sıradan çıxarmaqda ittiham edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu, ermənilərin Eçmiədzin katolikosu I Həzrətləri Karekinin sədrliyi ilə keçirilən yepiskopların İkinci Konfransının bəyanatında öz əksini tapıb.

“Aydındır ki, Ermənistanda hakim siyasi qüvvə Erməni Apostol Kilsəsini məhv etmək üçün qərəzli planı həyata keçirməkdə davam edir”, - deyə sənəddə vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, kilsə əleyhinə hərəkətlər dindarların mənəvi hisslərini amansızcasına incidir.

Eçmiədzin mövcud vəziyyətə görə bütün məsuliyyəti hazırkı hakimiyyət orqanlarının və şəxsən ölkənin baş nazirinin üzərinə qoyub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar