Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, otun qiyməti artanda adətən ətin qiyməti də artır.
Bəs bazarlarda ətin qiyməti neçiyədir?
Bakupost.az Milli.Az -a istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, keyfiyyətli ot 7 manatdır:
"Yonca və digər otlar 4-5 manatdır. Hazırda heyvan saxlamaq çətin məsələdir. Otun qiyməti bahadır, örüş yerləri azdır".
Satıcılar isə qiymət artımının əsas səbəbini havaların quraq keçməsi, ot biçimi dövründə məhsuldarlığın zəif olması və nəqliyyat xərclərinin artımı göstərilir.
Qeyd edək ki, otun qiyməti bahalaşsa da ətin qiymətində hər hansı bahalaşma müşahidə olunmur. Son bir ayda otun qiymətindəki dəyişiklikdən sonra bazarda alıcı sayı azalıb.
Xatırladaq ki, hazırda ətin qiyməti isə 20-21 manatdır.