Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp tezliklə Budapeştdə növbəti təkbətək görüş keçirəcək.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə Putinlə telefon danışığından sonra "Truth Social" şəbəkəsində yazıb.
"Söhbətimizin sonunda biz razılaşdıq ki, gələn həftə müşavirlərin yüksək səviyyəli görüşü keçirilsin. Prezident Putinlə mən əvvəlcədən razılaşdırılmış yerdə - Budapeşt, Macarıstanda görüşəcəyik", - Amerika lideri bildirib.