Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Bildirilib ki, A. Koçubayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 490-cı maddəsinin 2-ci bəndi (hakim, prokuror və ya istintaqçı barədə ləkələyici məlumatların yayılması) üzrə cinayət təqibi başlanıb və o həbs edilib.
Müdafiə tərəfinin iddiasına görə, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə həbs olunub.