Ru
21:43 / 16 Oktyabr 2025

Trampdan Putinlə danışığı barədə bəyanat –"Görüşüb müharibəyə son qoymağa çalışacağıq"/MƏTN

Trampdan Putinlə danışığı barədə bəyanat –"Görüşüb müharibəyə son qoymağa çalışacağıq"/MƏTN
Eye

ABŞ prezidenti Tramp Rusiyalı həmkarı Putinlə iki saatlıq telefon danışığından sonra Truth Social-da bəyanatını yayıb.

Bakupost.az AzPost-a istinadən bəyanatın mətnini təqdim edir:

“Mən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını indicə bitirdim. Çox məhsuldar oldu. Prezident Putin məni və ABŞ-ı böyük nailiyyət – Yaxın Şərqdə sülhün bərqərar olması münasibətilə təbrik etdi. Onun qeyd etdiyi kimi, bu, əsrlər boyu bir arzu idi”.

Mən həqiqətən inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarda bizə kömək edəcək. Prezident Putin birinci xanım Melaniyaya uşaqlarla bağlı layihələrdə iştirakına görə təşəkkür edib. O, böyük minnətdarlığını bildirib və bu işlərin davam etdiriləcəyini bildirib.

Biz Ukrayna ilə müharibə başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında ticarət məsələlərinə də böyük diqqət ayırdıq. Söhbətimizdən sonra gələn həftə yüksək səviyyəli nümayəndə heyətinin görüşünə razılaşdıq. ABŞ tərəfində ilkin görüşlərə təyin olunacaq digər nümayəndələrlə birlikdə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Hələ ki, görüşün yeri müəyyənləşdirilir.

Prezident Putin və mən daha sonra razılaşdırılmış yerdə – Budapeştdə, Macarıstanda görüşəcəyik, Rusiya və Ukrayna arasındakı bu biabırçı müharibəyə son qoymağa çalışacağıq.

Sabah mən prezident Zelenski ilə Oval kabinetdə görüşəcəyəm. Oorada prezident Putinlə söhbətimi və bir çox başqa məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, bugünkü telefon danışığı irəliyə doğru atılmış böyük bir addım idi”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar