Aktrisa Məlahət Abbasova sosial media hesabında arxiv fotolarını paylaşıb.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa 2005-ci ildə lentə alınan şəkillərini izləyiciləri ilə bölüşərək bunları yazıb:
"2005-ci il, sevimli Nazif Tuncun çəkdiyi "Hacı" filmində baş rol "Zühal" obrazını oynadığım bu görüntüləri indi müəllimim mənə göndərərək böyük bir sürpriz etdi. İnanılmaz dərəcədə xoşbəxt oldum. 20 il əvvəl gözəl imişəm. Təşəkkür edirəm, Nazif müəllim. Bu gün mənə ən gözəl sürpriz oldu".