Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Mövsüm olmasına baxmayaraq bazarlarda meyvələrin qiyməti necə deyərlər od tutub yanır.
Bakupost.az Milli.Az-a istinadən xəbər verir ki, alıcılar və satıcılar da qiymətin bahalaşdığını qəbul edirlər.
Satıcılar bildirirlər ki, qiymətlər baha olanda alıcı sayı azalır. Belə olan halda məhsul da çətinliklə satılır. Onlar artımın səbəbini hava şəraiti ilə əlaqələndirirlər.
Həmçinin, bəzi meyvə tərəvəzlər ixrac edilir, digər hissəsi isə xəstəliklərə məruz qalır.
Qeyd edək ki, satıcıların sözlərinə görə, meyvələrdə ucuzlaşma gözlənilmir.