Baş nazirin keçmiş müavini Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb.
Bakupost.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, insult keçirib.
Nəticədə A.Şərifov yerimə və danışma qabiliyyətini itirib. Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, A.Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, insult beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunan ciddi tibbi vəziyyətdir. Bu xəstəlik təcili tibbi müdaxilə və davamlı nəzarət tələb edir.