Ru
16:42 / 16 Oktyabr 2025

Paşinyana qarşı sui-qəsd planlaşdıran komandir 2 il həbs aldı

Paşinyana qarşı sui-qəsd planlaşdıran komandir 2 il həbs aldı
Eye

Ermənistanda “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan qanunsuz silah saxlamaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin şərti cəza haqqında qərarını ləğv edib.

Qeyd edək ki, A.Minasyan 2021-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanması ittihamı ilə həbs edilib. O zaman Minasyanda çox sayda silah-sursat aşkar edildiyi açıqlanmışdı. Erməni komandir daha sonradan dəlil çatışmazlığı səbəbindən zaminə buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar