Ru
16:08 / 16 Oktyabr 2025

Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi - Video

Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi - Video
Eye

Rusiya-Ukrayna müharibə zonasında həlak olan azərbaycanlı hərbçi dəfn edilib.

Bakupost.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, əslən Şirvan şəhərindən olan Ukrayna vətəndaşı 30 yaşlı Faiq Şofel (anasının soyadını götürüb) Odessadakı “Zabitlər evi”ndə keçirilən mərasimdən sonra torpağa tapşırılıb.

Yerli rituallarla keçirilən mərasimdə mərhumun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan icmasının üzvləri iştirak edib.

Qeyd edək ki, Faiq Şofel 3 gün əvvəl Dnipropetrovsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar