ABŞ administrasiyası Çin Ticarət Nazirliyinin müavini Li Çenqanı sərt tənqid edib. Səbəb onun Vaşinqtona dəvət olmadan səfər etməsi və ABŞ-a “qlobal xaos”la hədələməsi olub.
Bakupost.az xəbər verir ki, nu barədə Bloomberg məlumat yayıb.
ABŞ maliyyə naziri Skott Bessant mətbuat konfransında bildirib ki, Li Çenqanın avqust ayında Vaşinqtona səfəri ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə razılaşdırılmayıb.
Onun sözlərinə görə, görüş “faciəvi şəkildə” keçib.
“Bəlkə də avqustun 28-də buraya çox qızğın çıxışla gəlmiş müavin sadəcə ağlını itirib. Bu adam çox hörmətsiz idi,” — deyə Bessant vurğulayıb.
Son həftələr ABŞ və Çin arasında gərginlik artıb. Vaşinqton Pekinə qarşı bəzi texnoloji məhdudiyyətləri genişləndirib və Çin gəmilərinə ABŞ limanlarına gedişdə gömrük rüsumları tətbiq etmək təklif edib. Çin isə oxşar addımlar ataraq, xammal və digər strateji resursların ixracına nəzarəti sərtləşdirib.
Çin Ticarət Nazirliyi isə bildirib ki, Bessant “faktları ciddi şəkildə təhrif edib” və Li Çenqanın səfərinin Tramp ilə Çin Prezidenti Si Cinpin arasında əvvəlcədən başlanmış danışıqları davam etdirmək məqsədi daşıdığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, bəzi sahələrdə Çinlə ticarət dayandırıla bilər. Xüsusilə Tramp Çin-i məqsədli olaraq ABŞ paxlası almadığını iddia edib. Bunun ardından ABŞ fond bazarında yalnız 7 dəqiqə ərzində 450 milyard dollar itki qeydə alınıb.
Ayxan,BakuPost