Ru
14:55 / 16 Oktyabr 2025

Mədəniyyət evi tədbirə dəvət etdiyi "müəmmalı müğənni" barədə açıqlama verdi

Mədəniyyət evi tədbirə dəvət etdiyi "müəmmalı müğənni" barədə açıqlama verdi
Eye

M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evi 27 sentyabr Anım günü ilə bağlı tədbirin proqramı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evindən bildirilib ki, illik İş Planına uyğun olaraq il ərzində müxtəlif mövzularda mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr və konsert proqramları mütəmadi şəkildə təşkil olunur.

"Bu tədbirlər silsiləsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş konsert proqramı çərçivəsində bir neçə sənət nümayəndəsinin çıxışları nəzərdə tutulub. Mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq".

Mədəniyyət Evindən bildirilib ki, gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdirəcək, bu sahədə maraqlı və zövq oxşayan proqramlar təşkil edəcək.

"Müəssisə bütün sakinləri və mədəniyyətsevərləri bu tədbirlərdə iştirak etməyə və təqdim olunan proqramlardan yararlanmaya dəvət edir",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, qeyd olunan tədbirə transgender müğənni dəvət edilməsi sosial şəbəkələrdə müzakirə narazılıqlara səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar