Ukraynanın "Şaxtyor" klubu Rusiya çempionatında çıxış edə bilər.
Bakupost.az Oxu.Az -a istinadən xəbər verir ki, Donetsk təmsilçilərinin Rusiyanın II liqasında mübarizə aparmaqla bağlı qərar qəbul etdikləri iddia olunur.
Məlumata görə, klub lazımi lisenziyalaşdırma və müraciət prosedurlarını tamamlayaraq, Rusiya Futbol İttifaqından icazə alıb.
Xəbərdə bildirilir ki, Donetsk klubu II liqanın B qrupunda mübarizə aparacaq və ev oyunlarını Krımda keçirəcək. Məşhur komandanın Rusiya Kubokunda iştirak etməyəcəyi də vurğulanır.
"Şaxtyor"un belə addım atacağı rəsmiləşərsə, məsələyə UEFA-nın necə reaksiyası verəcəyi də maraq doğurur.
Qeyd edək ki, "Şaxtyor"u türkiyəli mütəxəssis Arda Turan çalışdırır.