13 məhkum aclıq aksiyası keçirir - SƏBƏB

489
Gürcüstanın müxtəlif həbsxanalarında 13 məhbus aclıq aksiyası keçirir.
BakuPost-un "Report”a istinadən məlumatına görə, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani parlamentdə çıxışı zamanı bildirib.
 
Nazir deyib ki, ötən ilin avqustun 1-nə olan məlumata əsasən, ölkədə 9 986 məhbus və 1 643 məhkum olub:
 
"Hazırda isə cəzaçəkmə müəssisələrində 9 870 məhbus, 1 937 məhkum var. Məhkumların sayı artıb, məhbusların sayı isə azalıb”.
 
T.Tsulukiani həmçinin qeyd edib ki, Haaqada imzalanmış memoranduma əsasən, Gürcüstanda digər ölkələrdən olan məhbuslar da cəza çəkəcəklər.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər