Ru
07:31 / 05 Mart 2026

15 yaşlı tennisçimizdən beynəlxalq turnirdə möhtəşəm nəticə

15 yaşlı tennisçimizdən beynəlxalq turnirdə möhtəşəm nəticə
Eye

15 yaşlı azərbaycanlı tennisçi Ayşən Kərimli beynəlxalq səviyyədə ilk çıxışında möhtəşəm nəticə ilə yadda qalıb.

Bakupost.az xəbər verir ki, gənc idmançı Misirin Şarm əl-Şeyx şəhərində keçirilən W15 Sharm El-Sheikh turnirində 26 yaşlı amerikalı tennisçi Lauren Jacobs üzərində əzmkar qələbə qazanaraq tennis ictimaiyyətinin diqqətini cəlb edib.

02–08 mart 2026-cı il tarixlərində təşkil olunan turnir qadın tennisçilər arasında keçirilir və yarışın ümumi mükafat fondu 15 min ABŞ dolları təşkil edir. Ayşən Kərimli üçün bu yarış beynəlxalq arenada ilk sınaq olsa da, o, təcrübəli rəqibinə qarşı inamlı oyun nümayiş etdirərək uğurlu debütə imza atıb.

Tennisçinin məşqçisi Tələt Rəhimov yetirməsinin böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, Ayşən Kərimlinin beynəlxalq səviyyədə ilk çıxışında qazandığı bu qələbə gələcək uğurlar üçün mühüm addım hesab oluna bilər.

Qeyd edək ki, Ayşən Kərimli həm də Azərbaycan Tennis Liqasının iştirakçısıdır. Gənc tennisçiyə mart–aprel aylarında keçiriləcək 62-ci liqa yarışlarında da uğurlar arzulayırıq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar