Ru
10:34 / 19 Aprel 2017

Corc Buş xəstəxanaya yerləşdirildi

Corc Buş xəstəxanaya yerləşdirildi
Eye

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş xəstəxanaya yerləşdirilib.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə C. Buşun mətbuat katibliyindən bildiriblər. Onun səhhətinin qənaətbəxş olduğu açıqlanıb. 

 

Keçmiş dövlət başçısı aramsız öskürəklə əlaqədar Hyuston şəhər xəstəxanasına aparılıb. Həkimlər onda pnevmoniyanın yüngül halını aşkarlayıb, lakin C. Buşun lazımi müalicə aldığı deyilir.

 

Qeyd edək ki, bu il yanvarın ortalarında C. Buş pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sonra onun həyat yoldaşı Barbara Buş da yorğunluq simptomları və öskürəklə əlaqədar xəstəxanaya aparılıb. Müvafiq proseduralardan sonra C. Buş müvəqqəti olaraq süni nəfəs aparatına qoşulub. Yanvarın sonunda o, xəstəxanadan buraxılıb.

 

1989-93-cü illərdə ABŞ prezidenti olan Corc Buşun 92, onun həyat yoldaşı Barbaranın isə 91 yaşı var.

 

 

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar