Ru
23:49 / 30 Aprel 2017

Sərxoş sürücü qəza törətdi

Sərxoş sürücü qəza törətdi
Eye

Goranboy-Goran avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə,  Goran qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndərov Mobil Ələddin oğlu idarə etdiyi "VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

 

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alaraq Gornaboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb sürücünün sərxoş olması olub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar