Ru
12:53 / 14 Sentyabr 2025

Rasim Ağayev vəfat etdi - Dəfn yeri açıqlandı -YENİLƏNİB

Rasim Ağayev vəfat etdi - Dəfn yeri açıqlandı -YENİLƏNİB
Eye

12.03

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

Bakupost.az bildirir ki, o, sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

R. Ağayev uzun illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı, sonra rus dilində yayım redaksiyasının rəhbəri, “Novosti” mətbuat agentliyinin “Trud” qəzetinin xüsusi müxbiri olub, Liviya və Suriyada sovet jurnalisti kimi fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan KP MK birinci katibinin köməkçisi, sonra isə MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

***
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Rasim Ağayev bu gün Buzovna qəbiristanlığında dəfn olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar