Ru
21:49 / 26 Avqust 2019

Tibb Universitetinin qarşısında yanğın: mağaza külə döndü - VİDEO

16601
Paytaxtda güclü yanğın baş verib.

 

BakuPost xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Nəsib bəy Yusifbəyli və Səməd Vurğun küçəsinin kəsişməsində, Azərbaycan Tibb Universiteti ilə üzbəüz fəaliyyət göstərən tibb lazimatlatları və həkim geyimləri satılan mağaza yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsödürmə briqadaları cəlb olunub. Buna baxmayaraq qısa müddətdə yayılan yanğının qarşısını almaq mümkün olmayıb. Mağazada olan bütün mallar külə dönüb.

 

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər