Ru
14:22 / 24 Noyabr 2025

234 mina, 2464 PHS zərərsizləşdirilib – ANAMA-dan açıqlama

234 mina, 2464 PHS zərərsizləşdirilib – ANAMA-dan açıqlama
Eye

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb.

Bakupost.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar