Ru
10:07 / 09 Sentyabr 2019

3 rayonda qaz olmayacaq

3 rayonda qaz olmayacaq
Eye

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.


“Azəriqaz” İstehsalat Birliyindən BakuPost-a verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.


Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.


Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar