Ru
11:57 / 20 Dekabr 2025

33 yaşlı kişi və 17 yaşlı qız binadan yıxılıb öldülər

33 yaşlı kişi və 17 yaşlı qız binadan yıxılıb öldülər
Eye

Bakıda 33 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, dünən (19 dekabr) saat 11:00 radələrində 1992-ci il təvəllüdlü Binəli Hüseynov yaşadığı Mircəlal küçəsi ev 145 ünvanındakı 22 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Belə ki, həmin gün saat 16:00 radələrində Abşeron rayon sakini 2008-ci il təvəllüdlü Fatimə Qurbanzadə 16-cı məhəllənin ərazisində yerləşən binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılıb. O da vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar