Ru
14:16 / 09 Fevral 2026

3,5 metr “kista” çıxarıldı – Dünyada ilk ola bilər - VİDEO

3,5 metr “kista” çıxarıldı – Dünyada ilk ola bilər - VİDEO
Eye

Azərbaycanda nadir cərrahiyyə əməliyyat icra olunub.

Bakupost.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov sosial şəbəkədə paylaşım edib.

Həkim bildirib ki, laparoskopik miomektomiya və marselyator texnikası ilə çıxarılan toxumanın ümumi uzunluğu təxminən 3 metr 55 santimetr təşkil edib.

Onun sözlərinə görə, bu ölçüdə miomanın (qadınlarda tez-tez rast gəlinən, xalq arasında “kista” adı ilə tanınan xoşxassəli uşaqlıq şişidir) sözügedən üsulla çıxarılması ədəbiyyatda və praktik təcrübədə demək olar ki, rast gəlinmir:

“Bəlkə də dünyada ilk dəfə bu ölçüdə bir mioma laparoskopik yolla çıxarılıb”, - deyə o qeyd edib.

Lalə,
BakuPost

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar