Bakıda 37 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Bakupost.az xəbər verir ki, hadisə fevralın 10-u saat 23 radələrində Xəzər rayonu Atçılıq yaşayış massivində baş verib.
1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı nömrəsiz fərdi evdə ehtiyatsızlıqdan aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.