Ru
14:02 / 10 Fevral 2026

5 min dollar oğurlayıb, alış-veriş etdilər

5 min dollar oğurlayıb, alış-veriş etdilər
Eye

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.


Bakupost.az xəbər verir ki, naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar