Ru
15:24 / 27 İyul 2020

Yeni nazir kimdir? - DOSYE - YENİLƏNİB

10206
Yeni təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub.

Təhsil Nazirliyindən "BakuPost"a verilən məlumata görə, o 1999-2003-cü illərdə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. 

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var.

Saat 13:26
Bu gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib.

E. Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev bu il Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin almışdı.

Bundna öncə isə o nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.
Şərhlər
  • elimardan

    bu bədbəxt harada anadan olub Afrikada?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər