Ru
17:31 / 10 Fevral 2026

Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı — FOTO

Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı — FOTO
Eye

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA-1” və MİDA-2” yaşayış komplekslərinin arasındakı ərazidə küçə itləri azyaşlıya hücum edib.


Bakupost.az xəbər verir ki, bu barədə Sitat.info-ya qəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, fevralın 4-də küçə itləri məktəbə gedən şagirdlərə hücum edib. Nəticədə iki şagirdi it dişləyib.

Qeyd edək ki, Hövsan "MİDA 2"-də məktəb fəaliyyətə başlamadığından, şagirdlər "MİDA-1”də yerləşən 172 saylı məktəbə gedirlər və təxminən bir kilometrdən çox yol qət edirlər.

Bu ərazidə isə çox sayda sahibsiz itlər var və dəstə şəklində hücum edirlər. Sakinlər deyir ki, dəfələrlə onların müdaxiləsi sayəsində bədbəxt hadisələrin qarşısı alınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar