Ru
17:01 / 10 Fevral 2026

Ramiz Mehdiyevlə bağlı qərar verildi

Ramiz Mehdiyevlə bağlı qərar verildi
Eye

Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.


Bakupost.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında RMehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar