Ru
16:26 / 10 Fevral 2026

Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxardı - AÇIQLAMA/YENİLƏNDİ

Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxardı - AÇIQLAMA/YENİLƏNDİ
Eye

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Unikal"a açıqlamasında bildirib ki, yayılan xəbərlər əsassızdır:

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir", - deyə o əlavə edib.


*******
15:45
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı köməkçisi Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.

Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar