Ru
16:55 / 18 Aprel 2026

AB-Azərbaycan danışıqları: Yeni mərhələ bizə nə verəcək?

AB-Azərbaycan danışıqları: Yeni mərhələ bizə nə verəcək?
Eye

Brüssellə Bakı ikitərəfli münasibətlərlə bağlı yeni təmaslara start verib.

Bakupost.az xəbər verir ki, aprelin 16-da Brüssel şəhərində Azərbaycanla Avropa Birliyi nümayəndələri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatına görə, müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib. Növbəti belə danışıqlar iyunun əvvəlində Bakıda olacaq.

ReAL Pariyasının sədri Natiq Cəfərli Bakupost.az-a bildirib ki, AB ilə bu sayaq danışıqlarla Azərbaycanda bəzi vacib islahatların “qapısını açmaq” mümkün olacaqsa, prosesin irəliyə doğru gedəcəyini söyləmək olar:

“Yatırımlar, qanunvericilik, insan haqları, seçki məsələlərilə bağlı Avropa Birliyilə (AB) Bakı arasında yeni dialoqun başlanması alqışa layiqdir. AB ilə danışıqlarda Azərbaycan təklif edir ki, hansısa ümumiləşdirilmiş proqramlar çərçivəsində deyil, ikitərəfli müstəvidə sazişlər imzalansın və burada Şərq tərəfdaşlığı proqramının elementləri də yer alsın. Enerji daşıyıcıları məsələsində tərəflər arasında müəyyən anlaşmalar var. Bu istiqamətdə AB ilə Bakının əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir”.

Amma partiya sədri AB-nin iqtisadiyyata aşırı tənzimləmə yanaşmasını və tərəfdaşlardan da bunu tələb etməsini doğru hesab etmir:

“AB-nin iqtisadi rəqabətdə Çin və ABŞ-a uduzmasının əsas səbəbi məhz aşırı tənzimləmə mexanizmləridir. Azərbaycan AB ilə danışıqlarda bu məsələdən kənarda qalmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar