Ru
11:57 / 01 Yanvar 2026

ABŞ 3 gəmini vurdu – 8 nəfər öldü

ABŞ 3 gəmini vurdu – 8 nəfər öldü
Eye

ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən gəmilərə qarşı həyata keçirilən son hücumlar zamanı səkkiz nəfərin öldürüldüyünü açıqlayıb. Bununla da Vaşinqtonun bu əməliyyatları çərçivəsində ölənlərin sayı azı 115 nəfərə çatıb.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, ABŞ-ın Cənub Komandanlığının məlumatına görə, hücumlar iki gün ərzində həyata keçirilib və konvoy şəklində hərəkət edən üç gəmi hədəf alınıb. Həlak olan üç nəfərin eyni gəmidə olduğu bildirilib. Hücumların dəqiq yeri açıqlanmasa da, əvvəlki əməliyyatların Karib hövzəsində və Şərqi Sakit okeanda aparıldığı qeyd olunur.

ABŞ ordusu hədəf alınan gəmilərin kimliyi açıqlanmayan “terror təşkilatları” tərəfindən istifadə edildiyini iddia edib. Sosial şəbəkələrdə yayılan videolarda gəmilərin ardıcıl zərbələr nəticəsində batdığı əks olunub.

Bununla yanaşı, Vaşinqton indiyədək hədəf alınan gəmilərin narkotik daşıdığına dair ictimaiyyətə sübut təqdim etməyib. Karakas isə ABŞ-ın narkotik qaçaqmalçılığı ittihamlarından Venesuela Prezidenti Nikolas Maduronu zəiflətmək məqsədilə istifadə etdiyini bildirir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar