Ru
13:42 / 01 Yanvar 2026

Kürdəmirdə ağır qəza – Xəsarət alanlar var – VİDEO

Kürdəmirdə ağır qəza – Xəsarət alanlar var – VİDEO
Eye

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar