Ru
13:06 / 14 Avqust 2026

ABŞ 45 “MQ-9 Reaper” itirib: Hamısını İran vurdu?

ABŞ 45 “MQ-9 Reaper” itirib:  Hamısını İran vurdu?
Eye

ABŞ ordusunun İranla müharibə zamanı 45 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) itirdiyi iddia olunur.

“Bakupost” xəbər verir ki, “The Washington Post”un məlumatına görə, ABŞ rəsmiləri İranla müharibə zamanı itirilən “MQ-9 Reaper” PUA-larının sayının 45 olduğunu bildiriblər.

Məlumata görə, bu rəqəm ABŞ-nin MQ-9 Reaper parkının təxminən 25 faizinə bərabərdir. İtirilən PUA-ların hamısının İran tərəfindən vurulmadığı, bəzilərinin operatorlarla əlaqənin kəsilməsi nəticəsində düşdüyü qeyd olunur.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “MQ-9 Reaper” PUA-ları kəşfiyyat, müşahidə və hədəfə zərbə endirmək üçün istifadə olunur. Hər bir PUA-nın qiyməti təchizatından asılı olaraq 30-50 milyon dollar arasında dəyişir.

Müharibədən əvvəl ABŞ-nin Hərbi Hava və Dəniz qüvvələrinin inventarında ümumilikdə 185 “MQ-9 Reaper” PUA-sının olduğu bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar