Ru
13:25 / 14 Avqust 2026

“Instagram” loqosunu yenilədi

“Instagram” loqosunu  yenilədi
Eye

“Instagram” təxminən 10 ildən sonra yazı loqosunu yeniləyib.

“Bakupost” xəbər verir ki, platforma 2016-cı ildən istifadə etdiyi əl yazısı üslubundakı “Instagram” yazısını daha müasir dizaynla əvəz edib.

“Instagram” rəhbəri Adam Mosseri bildirib ki, yeni dizayn daha müasir və sadə görünüşə malikdir. Platformanın rəngli kamera simvolu isə dəyişdirilməyib.

Yeni loqo istifadəçilər arasında fikir ayrılığı yaradıb. Bəzi istifadəçilər dizaynı bəyənsə də, digərləri yeni yazının əvvəlki görünüşdən daha az oxunaqlı olduğunu düşünür.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar