ABŞ Fransa, Almaniya və Böyük Britaniyanın BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün başlatdığı prosesi alqışlayıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibi Marko Rubio açıqlamasında bildirib.
Rubionun sözlərinə görə, yaxın həftələrdə ABŞ onlarla və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə İrana qarşı beynəlxalq sanksiyaların və məhdudiyyətlərin geri qaytarılmasını uğurla başa çatdırmaq niyyətindədir.
“Eyni zamanda, Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqəyə hazırdır. Sanksiyaları qaytarma diplomatik səylərimizə hazırlığımızla ziddiyyət təşkil etmir, onu gücləndirir", - deyə açıqlamada qeyd olunub.