Ru
10:51 / 14 Fevral 2026

ABŞ daha bir qayığı vurdu – Azı 3 ölü – VİDEO

ABŞ daha bir qayığı vurdu – Azı 3 ölü – VİDEO
Eye

ABŞ ordusu narkotik daşıdığı müəyyən edilən daha bir qayığı hədəf alıb.

Bakupost.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamada verilən məlumata görə, “Cənub Mızrağı” əməliyyatını həyata keçirən birgə əməliyyat qüvvəsi SOUTHCOM komandanı general Frensis L. Donovanın göstərişi ilə Karib hövzəsində narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət edən bir qayığa hücum edib.

Açıqlamada əldə edilən kəşfiyyat məlumatlarının terror təşkilatı kimi müəyyən edilən strukturlara məxsus qayığın narkotik daşıdığını təsdiqlədiyi vurğulanıb. Bildirilib ki, “bu əməliyyat zamanı 3 narko-terrorçu öldürülüb, heç bir ABŞ hərbçisi zərər görməyib”.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar