ABŞ Fələstin hökuməti və Fələstin Azadlıq Təşkilatına sanksiyalar tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" ABŞ Dövlət Departamentinə istinadla məlumat yayıb.
Məlumata görə, bu addım ABŞ-a səyahət etmək istəyənlərin viza almasına mane olacaq.
Sanksiya siyahısına konkret şəxslərin əlavə edilmədiyi qeyd olunub.
Dövlət Departamenti iki Fələstin qrupunun da “terrorizmi dəstəkləməyə” davam etdiyini bildirib.
Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatının nümayəndələri məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, sanksiyalar ABŞ-ın xüsusi elçisi Steve Uitkoffun Qəzzada atəşkəsə nail olmaq və Fələstin anklavında humanitar böhranı həll etmək məqsədilə İsrailə səfəri ərəfəsinə təsadüf edir.
Asena,
BakuPost