ABŞ Dövlət Departamenti Ukraynaya 108,1 milyon dollar dəyərində Hawk raket sistemlərinin satışını təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, paketə qoşqular, modifikasiya işləri və texniki dəstək daxildir. Həmçinin Ukraynaya ehtiyat hissələri və istehlak materialları da veriləcək.
Rəsmi Vaşinqton bu addımın Ukraynanın müdafiə imkanlarını gücləndirəcəyini qeyd edib. Bildirilib ki, satış mövcud və gələcək təhdidlərə qarşı effektivliyi artıracaq.
Bahar Babaşova, BakuPost