Hakerlər ABŞ-nin dövlət strukturlarında istifadə olunan Cisco şirkətinin proqram təminatı ilə işləyən cihazlara hücum ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) nümayəndəsi Kris Buteraya istinadən məlumat yayıb.
Butera hücumun ABŞ-nin mühüm infrastrukturlarına təsir etdiyini bildirib, lakin o, təhlükənin genişmiqyaslı olduğunu qeyd edərək təfərrüatları açıqlamayıb.
Agentlik qeyd edir ki, oxşar hücumları əvvəllər də 2024-cü ildən fəaliyyət göstərən “ArcaneDoor” adlı haker qrupu həyata keçirib. 2025-ci ilin may ayında bir sıra ABŞ dövlət qurumları sistemlərinə edilən kiberhücumların araşdırılması üçün Cisco şirkətini cəlb edib.
Bakupost.az