ABŞ tərəfindən hazırlanmış yeni “sülh planına” əsasən, Ukrayna Donbası Rusiyaya icarəyə verməli olacaq.
Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Planın şərtlərində qeyd olunur ki, Kiyev bölgəyə nəzarəti Rusiyaya verəcək, lakin ərazi üzərində hüququnu özündə saxlayacaq. Rusiyanın ödəyəcəyi icarə haqqının məbləği haqda məlumat verilmir.
Plandakı digər vacib detallar Ukrayna Silahlı Qüvvələrinin sayı yarıbayarı azaldılması və xarici qoşunların ölkəyə gətirilməsi qadağan olunmasıdır. Bundan başqa ABŞ-nin hərbi yarımının durdurulması, uzaqmənzilli silahlardan imtina, ələ keçirilmiş ərazilərdə rus dilinə dövlət dili və rus Pravoslav Kilsəsinə isə rəsmi status verilməsi də şərtlər arasındadır.
Qeyd edək ki, Rusiya ordusu Donbas bölgəsini tam işğal edə bilməyib.